BAKI, 7 may. TELEQRAF

Hindistanın Pakistana endirdiyi zərbələr nəticəsində pakistanlılar arasında ölənlərin sayı 26-ya çatıb, 46 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bunu Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Asim Munir bildirib.

İslamabad bundan əvvəl 8 nəfərin öldüyü, 35 nəfərin yaralandığı barədə məlumat yaymışdı.