BAKI, 21 aprel. TELEQRAF

Pakistanın paytaxtı İslamabadda Qəzza sakinlərinə dəstək məqsədilə yüz minlərlə insanın iştirak etdiyi aksiya keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Nəşr qeyd edir ki, aksiyanı Pakistan İslam Partiyası təşkil edib. Partiya lideri Hafiz Nayem Rəhman və bir sıra yüksək səviyyəli liderlər iştirak edib.

Nümayişçilərin mitinqə İslamabad ətrafı və qonşu şəhərlərdən gəldiyi vurğulanır.