BAKI, 28 noyabr. TELEQRAF

ABŞ Hərbi Hava Qüvvələrinin ən vacib bulud hesablama platforması olan "Cloud One" kiberhücuma məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Kanala danışan ABŞ rəsmisi Hərbi Hava Qüvvələrinin flaqman platforması olan "Cloud One"ın kiberhücuma məruz qaldığını təsdiqləyib.

Hücumun nə vaxt baş verdiyi və ya potensial təsirləri barədə heç bir məlumat verilmir.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) aktiv kiberqüvvələr bölmələri hücumdan sonra potensial ziyanı qiymətləndirməyə başlayıb.

Təhlükəsizlik Agentliyi də daxil olmaqla bəzi federal qurumların kiberhücumlara məruz qaldığı və nəticədə onların sistemlərində nasazlıqlar yarandığı bildirilir.