BAKI, 27 noyabr. TELEQRAF

Məkkə Paktının Strateji, Siyasi və Müdafiə Komitəsinin növbəti iclası Türkiyədə keçiriləcək.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ittifaqın İslamabadda keçirilən ikinci iclasından sonra mətbuata açıqlamasında bildirib.

"İndiyə qədər alyans daxilində üç görüş keçirmişik: biri fövqəladə, ikisi isə planlaşdırılmış görüş. Təşkilatın katibliyinin və birgə hərbi qərargahın yaradılması ilə bağlı qərarlar qəbul edilib. Bu gün bu qərarların əksəriyyətini təsdiqlədik. Bəzi məsələlər Türkiyədə keçiriləcək növbəti komitə iclasının gündəliyinə daxil edilib", - deyə Fidan qeyd edib.

Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında tərəflərdən birinə xarici silahlı hücum halında qarşılıqlı hərbi yardımı nəzərdə tutan Məkkə Qarşılıqlı Müdafiə Sazişini təsdiqləyib.