BAKI, 23 noyabr. TELEQRAF
ABŞ yaxın həftələrdə Rusiya, Ukrayna və Avropa ölkələri ilə Avropanın təhlükəsizlik arxitekturasına dair danışıqlar aparmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner “X” sosial şəbəkəsində məlumat verib.
“Qarşıdakı bir neçə həftə ərzində Ukrayna, avropalı tərəfdaşlarımız və Rusiya ilə həm qapalı, həm də çoxtərəfli müzakirələr aparmağı planlaşdırırıq. Məqsədimiz bu təhlükəsizlik arxitekturası ilə bağlı ortaq anlayışa nail olmaqdır”, – Kuşner bildirib.
O, həmçinin ABŞ-nin Rusiyanı NATO-nun sülh niyyətlərinə inandırmağa çalışdığını qeyd edib.