BAKI, 23 noyabr. TELEQRAF

Ukraynada müharibənin başa çatdırılması istiqamətində atılacaq addımlarla bağlı hələlik yekun razılıq əldə olunmayıb.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner “X” sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, tərəflər arasında dəqiq qarşılıqlı öhdəlikləri və etibarlı icra mexanizmlərini nəzərdə tutan çərçivə razılaşması hazırlana bilərsə, bu, sülhə nail olmaq üçün zəruri addımların atılacağına inamı artıracaq.

“Heç nə razılaşdırılmayıb, ta ki hər şey razılaşdırılana qədər. Lakin bu tarixi məsələlərin həllində iştirak etməyə hazır olmaq qan tökülməsini dayandırmaq üçün mühüm fürsət yaradır”, – Kuşner vurğulayıb.

O, həmçinin ABŞ-nin Rusiyanı NATO-nun sülh niyyətlərinə inandırmağa çalışdığını qeyd edib.