BAKI, 22 sentyabr. TELEQRAF
“ABŞ-nin atdığı addımlar faktiki olaraq Venesuelanı suverenlikdən məhrum edib”.
Teleqraf xəbər verir ki, bunu Braziliya Prezidenti Luis İnasiu Lula da Silva deyib.
“ABŞ-nin Venesuelaya qarşı etdikləri çox ciddidir. ABŞ Venesuelanı idarə etdiyi barədə təsəvvür yaradır. Bütün sənədlərdə və sazişlərdə belə bir mesaj var ki, sanki ABŞ Venesuelanın böyük rəhbəridir. Ölkənin suverenliyi faktiki olaraq itirilib”, - o, CNN telekanalına müsahibəsində bildirib.
Braziliya Prezidenti yaranmış vəziyyətin tərəflərdən heç biri üçün əlverişli olmadığını düşündüyünü qeyd edib.