BAKI, 22 sentyabr. TELEQRAF
“ABŞ-nin rekord həcmdə sursat ehtiyatı var və onu heç vaxt görülməmiş səviyyədə artırır”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Qorxaqlar və xainlər ABŞ-nin sursat çatışmazlıq yaşadığını deməyi çox istərdilər. Amma bu, doğru deyil. Bizim istifadə edə biləcəyimizdən də çox sursatımız var və hazırda onu indiyədək heç vaxt görülməmiş səviyyələrdə artırırıq”, - Amerika lideri bildirib.