BAKI, 14 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp maliyyə naziri Skott Bessentin “Newsmax” telekanalına verdiyi müsahibəni “Truth Social”da paylaşaraq, Vaşinqtonun İrana qarşı iqtisadi təzyiqi gücləndirmək və təcridi görünməmiş səviyyəyə çatdırmaq planını növbəti dəfə vurğulayıb.

Teleqraf xəbər verir ki, Bessent bu müsahibəsində gələn həftə İrana qarşı yeni tədbirlərin elan ediləcəyini açıqlayıb.

O bildirib ki, ABŞ İranın ciddi şəkildə iqtisadi təcrid edilməsini və Hörmüz boğazında blokadanın davam etdirilməsini nəzərdə tutan siyasət həyata keçirməyi planlaşdırır.

Skott Bessentin sözlərinə görə, bu blokada İran limanlarına istənilən malın daxil olmasına və həmin limanlardan istənilən çıxarılmasına mane olacaq: “ABŞ İranı görünməmiş iqtisadi təcridlə vuracaq”.