Gəncədə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.
İki "Hundai" markalı avtomobil toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində 20 yaşlı Mehdi Məmmədov və 17 yaşlı yeniyetmə Nizami İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Hadisə yerinə polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.