TOVUZ, 7 avqust. TELEQRAF

Tovzda yol qəzası baş verib, xəsarət alan var.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.

"VAZ - 2107" markalı avtomobillə "KİA" markalı minik maşını toqquşub.

Qəza zamanı "VAZ"ın sürücüsü xəsarət alıb.

Hadisə yerinə yol polisi əmıkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb