BEYLƏQAN, 7 avqust. TELEQRAF

Beyləqan rayonunda 15 yaşlı yeniyetmə su kanalında çimərkən boğularaq dünyasını dəyişib.

Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, bədbəxt hadisə rayonun Bünyatlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Gödəklər kənd sakini, 2011-ci il təvəllüdlü Murad Ramil oğlu Əmrahlı Bünyatlı kəndi ərazisindən keçən su kanalında çimərkən qəfildən boğulub.

Ətrafdakı kənd sakinlərinin səyləri nəticəsində yeniyetmənin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma başlanılıb.