BAKI, 7 avqust. TELEQRAF
Türkiyə Super Liqası təmsilçisi “Ərzurumspor” Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə ilə müqavilə imzalayıb.
Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı hücumçu ABŞ-nin MLS təmsilçisi “Kolumbus Kru”dan icarəyə götürülüb.
İcarə müqaviləsi 2027-ci ilin sonunadək nəzərdə tutulub. Razılaşmaya əsasən, Türkiyə təmsilçisinin icarə müddətinin sonunda Nəriman Axundzadəni birdəfəlik transfer etmək hüququ da var.
Qeyd edək ki, Nəriman Axundzadənin MLS klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir