BAKI, 7 avqust. TELEQRAF
Türkiyənin "MV Güllük" yük gəmisi Novorossiysk yaxınlığında pilotsuz təyyarə ilə hücuma məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə "Haberdenizde" portalı məlumat yayıb.
Hadisə nəticəsində itki olmayıb, lakin gəmiyə ziyan dəyib.
Məlumata görə, dron hücumu Taman istiqamətində hərəkət edən gəminin yaşayış sahəsinə dəyib. Həmçinin bildirilib ki, yük gəmisi İstanbula doğru yola düşüb və orada tam yoxlamadan keçəcək.