BAKI, 11 iyun. TELEQRAF
ABŞ müəyyən addımları davam etdirəcəyi təqdirdə neftin qiymətində kəskin artım baş verə bilər.
Teleqraf xəbər verir ki, bunu İranın Tokiodakı səfiri TASS-a açıqlamasında deyib.
Diplomat bildirib ki, ABŞ hazırkı siyasətini davam etdirsə, neftin bir barelinin qiyməti 200 dollara qədər yüksələ bilər və Vaşinqton belə bir ssenariyə hazır olmalıdır.