BAKI, 14 may. TELEQRAF

Qəzza zolağında vəziyyəti nizamlamaq üçün sülh planının həyata keçirilməsindəki çətinliklər fonunda ABŞ İsrailə bölgədə hərbi əməliyyatların yenidən başlamasına icazə verməyəcəyi barədə məlumat verib.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” Amerika mənbələrinə istinadla məlumat yayıb.

Portal qeyd edib ki, İsrail rəsmiləri amerikalı həmkarları ilə danışıqlarda HƏMAS Hərəkatına qarşı hücumun bərpası ehtimalını qaldırıblar. ABŞ hökumətinin rəsmiləri bu təşəbbüsə cavab olaraq, hərbi əməliyyatların bərpasını mövcud münaqişənin həlli üçün səmərəsiz və qəbuledilməz yol hesab etdiklərini bildiriblər.