BAKI, 11 may. TELEQRAF
“İrana heç vaxt etibar etmək olmaz”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Brayan Mast deyib.
“İran rejiminin danışıqlar masasına qayıtmaqdan başqa çarəsi yoxdur. Prezident Tramp İran ciddi razılaşmaya məcbur olana qədər Tehrana maksimum təzyiq siyasətini davam etdirəcək”, - o bildirib.