BAKI, 23 may. TELEQRAF
ABŞ Dövlət katibi Marko Rubio Ukraynada atəşkəs danışıqlarının pozulması fonunda Prezident Donald Trampı Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Amma Amerika lideri hələ də bundan qaçır.
Teleqraf xəbər verir ki, bu barədə “New Lines Magazine” mənbələrə istinadla məlumat yayıb.
Mayın 20-də Rubio vaxtilə sədrlik etdiyi Senatın Xarici Əlaqələr Komitəsi qarşısında çıxış edib. Tramp administrasiyasının Rusiyaya güzəşt etməsi ilə bağlı sualı cavablandıran dövlət katibi qeyd edib ki, ABŞ-nin sanksiyaları götürülməyib, mart ayında bir həftəlik fasilə istisna olmaqla, Amerikanın Ukraynaya silah və kəşfiyyat yardımı davam edir.
Marko Rubio əlavə edə bilər ki, Rusiyanın energetika və bank sektorlarına tətbiq edilən sanksiyalar hüquqi baxımdan Konqresin razılığı olmadan ləğv edilə bilməz.
Dövlət katibinə yaxın adının açıqlanmasını istəməyən mənbə nəşrə deyib:
“Rubionun demək olar ki, hər gün sanksiyalardan necə bəhs etdiyinə diqqət yetirin. O, Konqresdə Qremin layihəsinə (senator Lindsi tərəfindən Rusiyaya qarşı yeni sanksiyalar haqqında – red.) baxılmasını istəyir”.
Lindi Qremin layihəsi Rusiya neftinin idxalına və Rusiyadan neft alan ölkələrə 500 faizlik rüsum daxil olmaqla, dağıdıcı sanksiyalar paketini ehtiva edir.
Donald Trampın mövqeyinə gəlincə, nəşr bu haqda yazır ki, o, Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməkdən çəkinir.