BAKI, 22 may. TELEQRAF
“ABŞ-yə səfər edə bilərəm”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Macarıstanın paytaxtı Budapeştdə keçirilən qeyri-rəsmi zirvə görüşündən qayıdan zaman təyyarədə jurnalistlərə müsahibəsində deyib.
“Düşünürəm ki, bizim orada cənab Trampla üz-üzə görüşmək şansımız olacaq. Türkiyə-Amerika münasibətləri bəzilərinin düşündüyü qədər əhəmiyyətsiz deyil. Cənab Trampın Türkiyəyə baxışı çox müsbətdir. Bizim də onlara baxışımız eynidir. Qarşılıqlı hörmət və səmimiyyətə əsaslanan möhkəm münasibətlərimiz var”, - o qeyd edib.