BAKI, 23 noyabr. TELEQRAF

Üçtərəfli danışıqların növbəti raundunun yaxın vaxtlarda keçirilməsi planlaşdırılır, lakin görüşün dəqiq tarixi hələ müəyyənləşdirilməyib.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

“Görüş tezliklə baş tutacaq, lakin hələlik tarixlərlə bağlı heç bir dəqiqlik yoxdur”, – Peskov bildirib.

Kreml rəsmisinin sözlərinə görə, qarşıdakı məsləhətləşmələrin konkret qrafiki hələ razılaşdırılmayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Trampın “istəklilər koalisiyası” ölkələrinin liderləri ilə danışıqlar zamanı Ukraynanın maliyyələşdirilməsi əvəzinə milyardlarla dolların həmin dövlətlərin öz iqtisadiyyatlarının inkişafına yönəldilməsini təklif etdiyi bildirilmişdi.