BAKI, 10 may. TELEQRAF

Hindistan və Pakistan neytral ərazidə geniş spektrli məsələlər üzrə danışıqlara başlamaq barədə razılığa gəliblər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.

“Son 48 saat ərzində vitse-prezident Vens və mən yüksək səviyyəli Hindistan və Pakistan rəsmiləri ilə təmasda olduq. Məmnuniyyətlə bəyan edirəm ki, Hindistan və Pakistan hökumətləri dərhal atəşkəsə və neytral zəmində geniş əsaslı danışıqlara başlamaq üçün razılığa gəliblər”, - dövlət katibi bildirib.

***

16:11

“Hindistan və Pakistan ABŞ-nin vasitəçiliyi ilə tam atəşkəs barədə razılığa gəlib”.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

“ABŞ-nin vasitəçiliyi ilə gecə uzunu davam edən danışıqlardan sonra mən məmnuniyyətlə elan edirəm ki, Hindistan və Pakistan tam və dərhal atəşkəs haqqında razılığa gəlib”, - Tramp sosial media hesabında bildirib.