ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla Rusiya Prezidenti Vladimir Putinlə arasında üç saatlıq görüş konstruktiv və faydalı olub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Uşakov görüşdə Rusiya və Ukrayna arasında birbaşa danışıqların bərpasının müzakirə edildiyini bildirib: "Bugünkü söhbət bizə təkcə Ukrayna ilə bağlı deyil, digər beynəlxalq məsələlərdə də mövqelərimizi daha da yaxınlaşdırmağa imkan verdi”.