BAKI, 21 aprel. TELEQRAF
"Bir çox dünya lideri və iş adamları ABŞ-dən rüsumları azaltmağı xahiş edirlər".
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində məlumat verib.
Tramp bildirib ki, Vaşinqton “azadlıq günü” elan etdikdən sonra bir çox dünya liderləri və biznes liderləri tariflərin azaldılmasını istəyiblər. ABŞ prezidenti vurğulayıb ki, Amerika öz sərvətini bərpa etməli və ticarət münasibətlərində əsl qarşılıqlılıq yaratmalıdır.
Aprelin 2-də Tramp 185 ölkə üçün idxal tariflərinin yeni sistemini tətbiq edib.