BAKI, 18 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İtaliyaya səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corciya Meloni Ağ evdə Trampla birgə keçirdiyi brifinqdə bildirib.
O deyib ki, ABŞ Prezidenti Romaya rəsmi səfərlə bağlı dəvəti qəbul edib. Lakin səfərin tarixi açıqlanmayıb.