BAKI, 17 aprel. TELEQRAF

ABŞ-də mühərriklərdən birinə dovşan girən “United Airlines”a məxsus təyyarə məcburi eniş edib.

Teleqraf xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb .

Məlumata görə, “Boeing 737-800” Denver - Edmonton marşrutu üzrə hərəkət edirmiş. Təyyarədə 153 sərnişin və 6 ekipaj üzvü olub. Havaya qalxdıqdan az sonra təyyarənin mühərriklərindən birində yanğın başlayıb və məcburi eniş həyata keçirilib.

Hadisə zamanı itki olmayıb və sərnişinlər başqa təyyarə ilə Edmontona aparılıb. ABŞ Federal Aviasiya Administrasiyası faktla bağlı araşdırmaya başlayıb.