BAKI, 17 aprel. TELEQRAF
Birləşmiş Ştatlar hökuməti amerikalıların Çinin süni intellekt şirkəti “DeepSeek”in chatbotuna girişini əngəlləyə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “New York Times” öz mənbələrinə istinadən xəbər verir .
Nəşrin yazdığına görə, Donald Tramp administrasiyası amerikalıların “DeepSeek” xidmətlərinə girişinə qadağa qoyulması, eləcə də Çin şirkətinin ABŞ texnologiyaları, xüsusən də süni intellekt texnologiyaları üçün çiplər almasını əngəlləmək imkanlarını nəzərdən keçirir.
Rəsmi Vaşinqton həmçinin Çin şirkətinin Amerika çiplərinin alınması ilə bağlı mövcud məhdudiyyətlərdən yan keçib-keçmədiyini müəyyən edəcək.
Bildirilir ki, “DeepSeek”ə qarşı tədbirlər Ağ Evin süni intellekt sahəsində Çindən geri qalmaq qorxusundan irəli gəlir.