BAKI, 9 aprel. TELEQRAF

ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara Şimali Amerika Yəhudi Federasiyalarının Milli Gənclər Liderliyi Kabinetini təmsil edən ABŞ və Kanadadan olan 120 gənc liderin Azərbaycana səfəri çərçivəsində onlarla bir araya gəldi.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandaki səfirliyi “X” hesabında paylaşım edilib.

“Azərbaycan mətbəxinə xas olan boranı plov süfrəsi ətrafında baş tutan səmimi söhbət zamanı o, iştirakçılarla ABŞ-Azərbaycan münasibətləri, cəmiyyətdə dini tolerantlıq və Azərbaycanın regional rifah və sabitlikdə oynadığı mühüm iqtisadi və siyasi rolu barədə fikir mübadiləsi apardı”,- paylaşımda deyilir.