
BAKI, 6 aprel. TELEQRAF
Milyarder İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin Səmərəliliyi Departamenti (DOGE) Energetika Nazirliyində və ABŞ-nin nüvə başlıqlarının modernləşdirilməsi və saxlanmasına cavabdeh olan Milli Nüvə Təhlükəsizliyi İdarəsində çalışan 8,5 min əməkdaşı ixtisara sala bilər.
Teleqraf "Associated Press"ə istinadla xəbər verir ki, həmin əməkdaşların hamısının, yoxsa bir qisminin işdən çıxarılacağı hələ məlum deyil.
Qeyd olunan 8,5 min işçi Energetika Nazirliyinin ümumi heyətinin təxminən yarısını təşkil edir. Milli Nüvə Təhlükəsizliyi İdarəsində isə 3 min əməkdaşdan təqribən 500 nəfərin ixtisar edilməsi nəzərdə tutulub.
Energetika Nazirliyi yekun qərarın hələ verilmədiyini və hazırda müxtəlif variantların müzakirə edildiyini bildirib.