
BAKI, 1 aprel. TELEQRAF
İrana bağlı şiə qruplaşmasının üzvlərinin Nigeriyanın paytaxtı Abucada "Qüds günü" adı altında İsrailə qarşı keçirdikləri aksiya qarşıdurma ilə nəticələnib.
Teleqraf xəbər verir ki, bu barədə Fransa xəbər agentliyi məlumat yayıb.
"Nigeriya İslam Hərəkatı" üzvlərinin polis qüvvələrinə hücumu nəticəsində baş verən qarşıdurma zamanı 11 mülki şəxs və 1 polis əməkdaşı həlak olub", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Nigeriyada islam dövlətinin qurulmasını tələb edən "Nigeriya İslam Hərəkatı"nın fəaliyyətinə 2019-cü ildə qadağa qoyulub.
Hərəkatın başçısı bundan əvvəl terrorçuluq ittihamına görə həbs olunan İbrahim Zəkzaki İran rəhbəri Əli Xamaneinin Afrikadakı nümayəndələrindən sayılır.