BAKI, 31 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda İrana ikinci dərəcəli rüsumlar tətbiq edəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

D.Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı belə fikir səsləndirib: "Bizim İrana qarşı ikinci dərəcəli tariflərimiz var, onları bir neçə həftə saxlaya bilərik. İrəliləyiş görməsək, onları tətbiq edəcəyik".