
BAKI, 25 mart. TELEQRAF
Perspektivli altıncı nəsil döyüş təyyarəsi olan "F-47" Amerika müttəfiqlərinə satılarsa, növbəti 30 il ərzində hava hücumundan müdafiə qüvvələri koalisiyasının formalaşmasına imkan verəcək.
Teleqraf xəbər verir ki, bu barədə "19FortyFive" nəşrində məlumat dərc olunub.
Müəllif Endryu Letemin sözlərinə görə, söhbət təkcə təyyarənin birgə istifadəsindən getmir.
"F-47 çox güman ki, təkcə qırıcı kimi deyil, həm də komanda qovşağı kimi faəliyyət göstərəcək - pilotsuz təyyarələri idarə edən, sensor məlumatlarını birləşdirən və mübahisəli sahələrdə döyüşən bir beyin rolunu oynayacaq", - deyə qeyd olunub.