
BAKI, 21 mart. TELEQRAF
Amerikalı milyarder və Hökumət Məhsuldarlığı Departamentinin (DOGE) direktoru İlon Mask ABŞ Müdafiə Nazirliyində (Pentaqon) olub və nazir Pit Heqsetlə görüş keçirib.
Teleqraf xəbər verir ki, bu barədə "TRT Haber" kanalı məlumat yayıb.
İlon Maskın səfərinin məzmunu ilə bağlı rəsmi məlumat paylaşılmayıb.
Mask Pentaqondan çıxarkən jurnalistlərin görüşün məzmunu ilə bağlı suallarına "bunu sizə niyə deyim? Həmişə olduğu kimi, bir araya gəlmək xoş idi, bilirsinizmi, əvvəllər də burada olmuşam" deyə cavab verib.