.jpg)
BAKI, 21 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp “Next-Generation Air Dominance” (NGAD) proqramı çərçivəsində altıncı nəsil qırıcıların hazırlanması üçün “Boeing” aerokosmik korporasiyası ilə müqavilə imzaladığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Tramp Pentaqonun rəhbəri Pete Hegset ilə birlikdə çıxışında deyib.
Tramp bildirib ki, döyüş təyyarəsi "F-47" adlanacaq. O qeyd edib ki, yeni qırıcının eksperimental modelinin sınaq uçuşları artıq 5 ildir ki, həyata keçirilir. Amerika prezidentinin sözlərinə görə, qırıcı ən qabaqcıl texnologiyalar ilə təchiz ediləcək.
O qeyd edib ki, ABŞ-nin müttəfiqləri artıq ən son döyüş təyyarələrinin tədarükü ilə bağlı müqavilələrdə maraqlıdırlar.