
BAKI, 21 mart. TELEQRAF
"Bu gün mən prezident Donald Trampın prioritetlərinə uyğun gəlməyən 580 milyon dollarlıq müqavilələrə xitam verilməsi barədə sərəncam imzaladım".
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset "X" sosial şəbəkəsində paylaşılan videoda deyib.
Heqset sözügedən müqavilələrin və qrantların ABŞ vergi ödəyicilərinin pullarının səmərəli istifadəsini əks etdirmədiyini ifadə edib.
"Bu pullar sizin hesabınıza toplanır və biz onların yaxşı xərclənməsinə, şəffaflığına görə sizin qarşınızda cavabdehik" - Heqset sərəncam imzaladıqdan sonra deyib.
Heqset Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə işləyərək, nazirliyində lüzumsuz xərcləri azaltmağa davam edəcəklərini bildirdi.