BAKI, 19 mart. TELEQRAF

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Virciniya ştatının Lenqli şəhərindəki qərargahı yaxınlığında naməlum silahlı şəxs görünüb.

Teleqraf xəbər verir ki, bu barədə "CBS" telekanalı məlumat yayıb.

Məlumata görə, Mərkəzi Kəşfiyyat İdarəsinin ofisinə bitişik küçədə əli silahlı şəxsin psixoloji problemləri olduğu bildirilib.

Hadisə yerinə polis, istehkamçılar və xüsusi təyinatlılar göndərilib.

Hüquq-mühafizə orqanları Dolli Medison Bulvarını bağlayıb.

Silahlı şəxs saxlanılıb.