
BAKI, 19 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukraynada münaqişənin davam etdirilməsi Üçüncü Dünya müharibəsi təhlükəsi yaradacaq.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ lideri “Fox News”a müsahibəsində bildirib.
D.Tramp deyib: "Biz münaqişəni bitirmək istəyirik və buna çalışırıq. Hələ ki, müharibədə heç bir amerikalı yoxdur. Amma dünya müharibəsi başlasa, bizim hərbçilər də döyüşlərə qoşula bilərlər”.