
BAKI, 19 mart, TELEQRAF
Pentaqon büdcə xərclərini azaltmaq üçün 50-60 min mülki işçini ixtisar etmək niyyətindədir.
Teleqraf xəbər verir ki, qərar hərbi idarənin mülki işçilərinin 8%-nin ixtisar edilməsi planının bir hissəsi kimi qəbul edilib.
Bu barədə Associated Press ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
Nəşr onu da qeyd edib ki, Müdafiə naziri Pit Heqset Amerika ordusunun döyüş hazırlığına əmin olmaq istəyir, buna görə də boşaldılan vəzifələr hərbçilər tərəfindən doldurulmayacaq.
Xatırladaq ki, martın 13-də İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) “hiperaktiv kampaniyasına” baxmayaraq, ABŞ-da hökumət xərclərinin fevral ayında rekord həddə - 603 milyard dollara çatdığı bildirildi.