
BAKI, 8 mart. TELEQRAF
ABŞ-nin Cənubi Karolina ştatında iki nəfərin qatili olan 67 yaşlı Brad Siqmon güllənərək edam edilib.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Cənubi Karolinada ölüm cəzası 1979-cu ildən tətbiq olunur. Siqmonun edamı güllələnmə ilə icra olunan dördüncü edam cəzasıdır.
Məhbusa elektrik stolu və güllələnmə ilə edam təklif olunub. O isə güllələnmə cəzasını seçib.