
BAKI, 8 mart. TELEQRAF
Güclü daşqınlar nəticəsində Argentinanın Buenos-Ayres əyalətində yerləşən Bahia Blanca şəhərindən 1300-dən çox insan təcili təxliyə edilib.
Teleqraf xəbər verir ki, dağıdıcı təbii fəlakətin nəticələri barədə "Infobae" portalı məlumat yayıb.
Daşqınlar əyalətdə uzun sürən leysan yağışları nəticəsində baş verib. Əyalətdə martın 7-si axşamdan hava şəraiti pisləşməyə başlayıb, nəticədə şəhərin böyük hissəsi su altında qalıb.
Yaxın bir neçə saat ərzində bölgədə vəziyyəti daha da pisləşdirə biləcək yeni fırtına gözlənilir.