BAKI, 8 mart. TELEQRAF

ABŞ-nin Missuri ştatının Şərq dairəsinin federal məhkəməsi Çin hökumətini koronavirusun (COVID-19) yayılması ilə bağlı məlumatları gizlətməkdə təqsirli bilərək, bu ölkəni 24 milyard dollar ödəməyə məcbur edib.

Teleqraf xəbər verir ki, bu barədə "New York Times" (NYT) məlumat yayıb.

Missuri Baş Prokurorluğu hələ 2020-ci ilin aprelində bu iddianı qaldırıb. Prokurorluq Çin hakimiyyətini informasiyanı gizlətməkdə və təhlükəli virusun mövcudluğunda ittiham edib. Bundan əlavə, ittiham tərəfi Çin hökumətinin COVID-19-un yayılmasının miqyası barədə qəsdən məlumat vermədiyini və bununla da dünyada milyonlarla insanın həyatını ciddi risk altına atdığını iddia edib.

Amerika hakimiyyətinin bəyanatında qeyd edildiyi kimi, təxminən, 24 milyard dollar toplamaq qərarı Çin Kommunist Partiyasına, yerli regional hakimiyyət orqanlarına, eləcə də Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinə aiddir.