BAKI, 8 mart. TELEQRAF

"Birləşmiş Ştatlar yalnız ÜDM-in məqbul faizini müdafiəyə xərcləyən NATO müttəfiqlərini müdafiə edəcək".

Teleqraf "CBS" kanalına istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Tramp müttəfiqlərini qorumaq üçün şərtlərlə bağlı danışıb:

“Mən dedim ki, ödəniş etməsəniz, sizi qorumayacağıq”, - Tramp bildirib.

ABŞ prezidenti lazım gələrsə, alyansa üzv ölkələrin Vaşinqtonun köməyinə gələcəyinə də şübhə etdiyini açıqlayıb.