BAKI, 8 mart. TELEQRAF

ABŞ-də hakim Respublikaçılar partiyasının bəzi üzvləri Trampı Ukraynaya hərbi yardımı bərpa etməyə və ABŞ kəşfiyyat məlumatlarını Kiyevlə bölüşməyi davam etdirməyə çağırıblar.

Teleqraf xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.

Siyasətçilər Amerika liderinə Respublika Silahlı Qüvvələrinə hərbi və kəşfiyyat yardımının dayandırılması ilə bağlı qərarların ləğv edilməsi xahişi ilə müraciət ediblər.

İdeyanın tərəfdarları arasında senator Tom Tillis, Nümayəndələr Palatasının Təhsisatlar Komitəsinin sədri Syuzan Kollinz, senator Todd Yanq, Senatda çoxluğun lideri Con Tun və başqaları var.