BAKI, 8 mart. TELEQRAF

NATO-nun baş katibi Mark Rutte gələn həftə ABŞ-yə səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals jurnalistlərə açıqlamasında bildirib.

“NATO-nun baş katibi gələn həftə bizə səfərə gələcək”, - Mayk Vals bildirib.

Onun sözlərinə görə, Rutte ABŞ və Ukrayna nümayəndə heyətləri arasında gələn həftə Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlarda da iştirak edəcək. Beləliklə, tərəflər Kiyev və Moskva arasında silahlı münaqişənin həlli və sülhə nail olmaq üçün bir sıra təşəbbüsləri müzakirə edəcəklər.