
BAKI, 8 mart. TELEQRAF
"Tehran ya Vaşinqtonla razılığa gəlməlidir, ya da yaxın gələcəkdə nəticələrlə üzləşməlidir".
Teleqraf xəbər verir ki, bunu ABŞ rəhbəri Donald Tramp Oval kabinetində çıxışı zamanı deyib.
Tramp ABŞ və İran arasında vəziyyətin gərgin olduğunu və çox yaxında nəyinsə baş verəcəyini bildirib. Amerika lideri sülh sazişinə ümid etdiyini bildirib, lakin alternativ variantın da problemi həll edə biləcəyini mümkün sayıb.
Tramp ABŞ-nin hansı addımları ata biləcəyini açıqlamayıb, lakin vurğulayıb ki, Vaşinqton Tehranla münasibətlərdə mövcud vəziyyətlə barışmaq niyyətində deyil.