
BAKI, 8 mart. TELEQRAF
"Mənim iştirakım olmasaydı, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün heç bir şans olmazdı”.
Teleqraf xəbər verir ki, bunu Ağ Ev rəhbəri Donald Tramp Oval kabinetdəki çıxışı zamanı bildirib.
Amerika lideri onu da qeyd edib ki, ondan fərqli olaraq, Avropa İttifaqı münaqişəni necə bitirmək barədə heç bir fikri yoxdur.
“Düşünürəm ki, mən prezident olmasaydım, bu münaqişənin həlli üçün heç bir şans da olmazdı. Amma inanıram ki, biz bunun qarşısını ala biləcəyik”, - Amerika lideri bildirib.