
BAKI, 7 mart. TELEQRAF
ABŞ Ukrayna münaqişəsi həll olunana qədər Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Prezident Donald Tramp "Truth" sosial şəbəkəsində məlumat verib.
“Rusiya və Ukrayna, çox gec olmadan danışıqlar masasına oturun”, - deyə siyasətçi qeyd edib.
Tramp Rusiyaya qarşı genişmiqyaslı sanksiyalara icazə verib və buna səbəb kimi onun Ukraynadakı hərbi üstünlüyünü göstərib. Mümkün sahələr arasında Amerika lideri mallara, bank sektoruna, eləcə də tarif və rüsumlara qarşı sanksiyaları qeyd edib.
O, sanksiyaların ləğv üçün şərt kimi Ukraynadakı münaqişənin yekun həllini göstərib.