
BAKI, 7 mart. TELEQRAF
"Ukrayna münaqişəsinin sülh danışıqları yolu ilə həllinə müqavimət göstərən təkcə Avropa deyil. Göründüyü kimi, Amerika hərbi-sənaye kompleksi də sülhün bərqərar olmasında maraqlı deyil".
Teleqraf xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbard "Fox News" telekanalına müsahibəsində belə deyib.
O, eyni zamanda bildirib ki, Ağ Ev rəhbəri Donald Tramp münaqişəni diplomatik vasitələrlə həll etməyə çalışır.
T.Qabbardın fikrincə, Amerika lideri və onun müavini C.D.Vensdən başqa heç kim sülh üçün danışmağa cəsarət etməyib. Onlar hamıya, o cümlədən Avropaya qarşı çıxırlar. Amerika hərbi-sənaye kompleksi isə əksinə, Ukrayna münaqişəsinin gərginləşməsinə təşəbbüs göstərməyə çalışır.