“Hamımız yaxşı dolanırdıq, nə aclıq var idi, nə kasıbçılıq.” – Böyük qardaşı acından köpərək 9 yaşında dünyasını dəyişib.

“Heyif deyildimi o günlər, pula pul demirdik.” – Sovxoz bağlarından meyvə oğurlayıb və il boyu həmin meyvəni satıb dolanıblar.

“Nə qanunsuz həbs var idi, nə də qanunsuz cəza.” – Babası sürgün olunub, atası 14 il həbsdə qalıb.

“Qardaş, bizim evdə daim paçka ilə pul olub. Hər il istirahətə getmişik.” – Atası revizor işləyib.

Bu tip həmvətənlərimizdən başqa, sovet rejimini səmimi qəlblə sevən və darıxanlar da az deyil. Hər zaman “keçmiş daha yaxşı idi” sözləri, xüsusən, ağsaqqalların dilindən düşməyib, illər boyu da elə beləcə qalacaq. Sadəcə olaraq, xatırlamaq istəyənlər və bilməyənlər üçün “sevimli” sovet rejiminin fəaliyyətinin bir sahəsinə diqqət çəkmək istəyirəm. Qanlı rejiminin qurulması və həyatda qala bilməsi uğrunda cəmi 30 il ərzində öldürdüyü insan sayına diqqət edin. Bəlkə sevgi alovunuza su səpildi.

- 1917-23-cü il terroru müddətində: 160 min professor, müəllim, şair, yazıçı, tələbə; 740 min məmur, varlı və hərbçi; 50 min polis və jandarm; 1,3 milyon kəndli və işçi; 40 min dindar;
- 1921-1922 aclıq səbəbi ilə İdil hövzəsində ölənlər - 6 milyon nəfər;
- 1929-1930-cu illər ÇEKA-ın güllələdiyi “ixtilal əleyhdarları” - 2 milyon nəfər;
- 1930-1933-cü illərdə süni aclıq nəticəsində olan tələfat - 7 milyon nəfər;
- Kollektivləşməyə keçərkən öldürülən kəndli miqdarı – 750 min nəfər;
- 1933-1937-ci illərdə NKVD-in öldürdüyü insan sayı – 1 milyon 600 min nəfər;
- “Yejov təmizləməsi” nəticəsində 1937-1938-ci illərdə güllələnənlər – qızıl ordu hərbçilərindən 30 min, Stalin əleyhdarı kommunistlərdən 340 min, “xalq düşməni” işçi, kəndli və əsgərdən 635 min nəfər;
- 1938-1944-cü illərdə NKVD tərəfindən öldürülən hərbçi 23 min, “xalq düşməni” və “cəsus” 2 milyon 720 min nəfər;
- İslah-əmək düşərgəsində ölənlər – 21 milyon nəfər;

Bundan əlavə müharibədə ölənlər:

- 1917-1921-ci illər vətəndaş müharibəsi nəticəsində - 4,5 milyon nəfər;
- 1918-1940-cı illərdə Finlandiya, Çin və İspaniyaya qarşı olan müharibələrdə ölənlər – 1,5 milyon nəfər;
- 1941-1945-ci illər müharibəsində ölənlər 25 milyon nəfər.
Ümumilikdə 75 milyon 388 min nəfər.

(Rəqəmlər və faktlar 24 fevral 1957-ci ildə nəşr olunmuş “Qolos Rossii” qəzetinə istinaddır)