BAKI, 6 oktyabr. TELEQRAF
İsveç polisi çərşənbə axşamı Stokholmdakı Kral Sarayının yaxınlığında mülki şəxsə atəş açıb.
Teleqraf xəbər verir ki, bu barədə "dpa" agentliyi hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Polis əməkdaşları atəş açaraq onu yaralayıblar. Kişi ağır, lakin həyati təhlükəsi olmayan xəsarətlərlə xəstəxanaya aparılıb.
Hadisə Leonbakken rayonunda, Kral Sarayının şimalındakı açıq meydanda baş verib. İsveçin "Aftonbladet" qəzetinin məlumatına görə, hadisə yerinə təxminən 20 təcili yardım maşını gəlib.
Stokholmun mərkəzində yerləşən Kral Sarayı, İsveç Kralı XVI Karl Qustavın rəsmi iqamətgahı və şəhərin əsas turistik yerlərindən biridir.