BAKI, 7 oktyabr. TELEQRAF

UEFA Millətlər Liqasının qrup mərhələsində IV turun növbəti oyunları keçirilib.

Teleqraf xəbər verir ki, oktyabrın 6-da A, B və C Liqalarında ümumilikdə 10 qarşılaşma baş tutub. Gecənin diqqətçəkən nəticələrindən biri Xorvatiyanın İspaniyaya 1:2 hesabı ilə məğlub olmasıdır. İngiltərə isə Çexiyanı 3:0 hesabı ilə məğlub edib.

A Liqası, III qrup:

Xorvatiya – İspaniya 1:2;

İngiltərə – Çexiya 3:0.

B Liqası, I qrup:

Şotlandiya – Sloveniya 1:2;

İsveçrə – Şimali Makedoniya 3:0.

C Liqası:

Qazaxıstan – Farer adaları 2:2;

Albaniya – San-Marino 2:1;

Belarus – Finlandiya 1:0;

Moldova – Slovakiya 0:2;

Lüksemburq – Bolqarıstan 0:2.

Estoniya – İslandiya 0:0